İcbari Sığorta Bürosu
Biznes analitika üzrə böyük mütəxəssis
Son tarix 23 iyn 2025 - [email protected]
İş yeri: Bakı
Vəzifə Öhdəlikləri:
- Şirkət və məhsullar üzrə sığorta bazarın/məhsulların, proseslərin analiz edilməsi, əlaqəli tərəflərin rəylərinin alınması, təhlil edilməsi və optimizasiya təkliflərinin hazırlanması;
- Şirkətdə tətbiq edilən proses optimizasiyası metodoloqiyasına əsasən işlərin aparılması;
- Proseslərdə olan dəyişikliklərin sistemlərdə əks etdirilməsi üçün tələblərin komanda üzvlərinə (və ya əlaqəli digər tərəflərə) anlaşılan formada ötürülməsi;
- Proseslərin optimallaşdırmasına xidmət edən dünya standartlarının, rəqəmsal həllərin tətbiq edilə bilməsi üçün araşdırmaların aparılması, məhsulun və şirkət proseslərinin inkişafı üçün yeni innovativ yanaşmaların təklif edilməsi;
- Proseslərin effektivliyinin ölçülməsi;
- Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərdə məlumatların (prosesin) düzgün əks etdirilməsi, proseslərin iş axınlarının qurulması (flow chart-ların hazırlanması);
- Proseslərdə risklərin müəyyən edilməsi və aşkarlanan risklərin bəyan edilməsi;
- İnkişaf qrupuna nəzarət, buraxılışlar və yeniləmələr üçün nəzərdə tutulmuş müddətlərə riayət edilməsi, sprintlərin formalaşdırılması, tapşırıqların və tələblərin ümumi siyahısının aparılması, geriləmənin idarə edilməsi;
- Sprintin sonunda məhsulun sınaqdan keçirilməsi və keyfiyyətinə nəzarət;
- Sistem daxilində məlumatların idarə edilməsi: həmçinin inteqrasiya yolu ilə əldə edilən məlumatlara nəzarət;
- Optimallaşdırma məqsədlərinin qoyulması, daxili və xarici axtarış sisteminin optimallaşdırılması, təhlili və yeni ideyaların yaradılması;
- Maraqlı tərəflər ilə görüşlərin keçirilməsi, görüş protokolların hazırlanması;
- Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasının təmin edilməsi
Namizədə olan tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3-4 il iş təcrübəsi (sığorta sahəsinə üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (səlis), Rus dili (səlis);
- Sığorta bazarını, sığorta qanunvericiliyi anlamaq, sığorta məhsullarını bilmək, Biznes analitika üzrə sertifikasiyalar (arzu olunandır);
- Proses xəritələri, cədvəlləri və fəaliyyət planlarını hazırlamaq və şərh etmək bacarığı;
- BPMN 2.0 proseslərinin modelləşdirilməsi və idarə edilməsi sahəsində bilik və təcrübə üstünlük hesab olunur;
- İnteqrasiya edilmiş platformalarda interaktiv idarə panellərinin yaradılması təcrübəsi, vizuallaşdırma alətləri üzrə biliklər;
Məhsul araşdırma bacarıqları (müştəri inkişafı, dizayn düşüncəsi, ux-araşdırma və s.);
Məlumatın vizuallaşdırılması alətlərində bacarıqlar - Miro, sınaq üçün prototiplərin yaradılmasında əsas bacarıqlar, məsələn, Figma-da. - Jira proqramı üzrə layihələrin idarəedilməsi, izlənməsi üzrə təcrübə olması üstünlükdür;
- MS Project üzrə biliklər arzu olunandır;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
- Təqdimat bacarığı;
- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi, statistik biliklər;
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti;
- Yeni texnologiyaları öyrənmə həvəsi;
- Nəticəyə əsaslanma, inam yaratma, komanda işi, əməkdaşlıq, problem həlletmə, planlaşdırma, geniş perspektiv, münasibət yaratma, keyfiyyət yönümlülük, dəyişikliklərə uyğunlaşma, dinamikanı anlamaq.
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Rəqəmsal həllər üzrə aparıcı analitik
Son tarix 16 iyn 2025 [email protected]
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- Proqram təminatının hazırlanması üzrə texniki tapşırıqların yoxlanılması və dəyərləndirilməsi;
- Proqram təminatının funksional testlərinin (front-end və back-end) aparılması və veb-servislərin keyfiyyətinə nəzarət edilməsi;
- Daxili biznes məntiqinin inkişaf etdirilməsi və keyfiyyətə nəzarət;
- APİ sənədləşməsinin tərtibi və yoxlanılması;
- Json, XML strukturlarından istifadə edərək APİ sənədlərinin hazırlanması;
- Analiz və dizayn sənədlərinin hazırlanması;
- Data modelin qurulmasında iştirak;
- Postman, Swagger kimi alətlərlə işləmək;
- İş axınlarını təsvir etmək üçün draw.io, MS Visio alətlərindən istifadə;
- Dizayn və mockup formaların hazırlanması üçün Figma, Miro kimi vasitələrdən istifadə;
- İri həcmli məlumat bazaları və SQL sorğuları ilə işləmək;
- Vizuallaşdırma alətlərindən (məsələn, Power BI, Tableau və s.) istifadə etmə bacarığı;
- Data analitika alətlərindən (Python və s.) biri ilə işləmə bacarığı (arzuolunandır);
- Maraqlı tərəflərlə ünsiyyətin qurulması və onların tələblərinin toplanması;
- Layihənin məqsədlərinə çatmaq üçün iş həcminin dəqiq müəyyənləşdirilməsi və fəaliyyətin təşkili;
- Daxili hesabatların hazırlanması və təhlili;
- Xarici və daxili işçi qrupları ilə koordinasiyalı əməkdaşlıq.
Namizədə dair tələblər:
Təhsil və təcrübə:
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
Dil bilikləri:
- Azərbaycan dili – əla;
- İngilis dili – yaxşı;
- Rus dili – yaxşı;
Texniki biliklər:
- Microsoft Excel üzrə yüksək səviyyədə biliklər;
- APİ sənədləşməsi və inteqrasiyası üzrə biliklər;
- Json və XML strukturları ilə işləmək bacarığı;
- SQL ilə işləmək bacarığı;
- Postman, Swagger ilə işləmə bacarığı;
- Draw.io, MS Visio, Figma, Miro kimi alətlərlə işləmə bacarığı;
- Vizuallaşdırma və data analitika alətləri üzrə təcrübə (arzuolunandır – Python, Power BI, Tableau və s.);
Yumşaq bacarıqlar:
- Analitik düşüncə və iri həcmli məlumatlarla işləmək bacarığı;
- Məsuliyyətli, operativ və dəqiq olmaq;
- Komanda ilə işləmək və yüksək kommunikasiya bacarığı;
- Maraqlı tərəflərlə effektiv əlaqə qurmaq və tələbləri dəqiq ifadə etmək bacarığı.
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Layihələrin İdarə olunması şöbəsi– Şöbə rəhbəri
Son tarix 16 iyn 2025 - [email protected]
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- Layihə İdarəetmə Ofisinin inkişafına cavabdehlik
- Təşkilati layihənin idarə edilməsi metodologiyasının inkişafına töhfə vermək və nəzarət üsullarını hazırlamaq
- Eyni vaxtda bir neçə layihəyə nəzarət etmək
- Layihə komandaları ilə strateji məqsədlərin icrasına töhfə verən layihə işi və hədəflərinin təyini
- Layihələrin gedişatının təhlil edilməsi, əsas çətinliklər və risklərin həll yollarının tövsiyə edilməsi
- Layihə menecerlərinə təşkilati layihələrin idarə edilməsi metodologiyası üzrə dəstək
- Layihə menecerlərinə layihənin səmərəliliyini artırmaq məqsədilə müvafiq resurs təyinatında dəstək
- Şöbənin fəaliyyətini həyata keçirməklə strateji məqsədlərə nail olmaq
- Standartları və ən yaxşı təcrübələri tətbiq edərək təşkilati məqsədlərə nail olmaq
- Layihə idarəetmə alətlərindən istifadə etməklə strateji layihələrin gedişatı haqqında hesabatların tərtibi
- Layihənin idarəedilməsi üzrə daxili təlimlərin keçirilməsi
- Daxili biznes məntiqinin inkişafı və keyfiyyətə nəzarət;
- Daxili və xarici işçi qruplarla effektiv ünsiyyətin qurulması;
- Hesabatların hazırlanması və təhlili.
Namizədə dair tələblər:
Təhsil və təcrübə:
- Ali təhsil (Biznesin İdarəedilməsi, Menecment ilə əlaqəli sahədə bakalavr dərəcəsi)
- 4 ildən çox layihə idarəetmə təcrübəsi, 2 il rəhbərlik təcrübəsi
- PMP sertifikatı
Texniki və funksional biliklər:
- Mütləq - MS Office (Word, Excel, Outlook, PowerPoint), MS Project, JIRA
- Proqram təminatı və İT layihələrin idarə edilməsində təcrüb
Yumşaq bacarıqlar:
- Layihənin idarə edilməsi alətləri və texnikaları haqqında mükəmməl bilik
- Müxtəlif miqyaslı və əhəmiyyətli layihələri idarə etmək təcrübəsi
- Layihə komandaları ilə ünsiyyət və əməkdaşlıqda əhəmiyyətli təcrübə
- Bütün idarəetmə səviyyələri ilə korporativ şəraitdə işləmək bacarığı
- Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları
- Təqdimatların hazırlanması və keçirilmə bacarığı
- Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı
- Analitik və tənqidi düşünmə qabiliyyəti, sürətli öyrənmə, adaptasiya
- Özünə inam və əminlik
- Yaxşı planlaşdırma bacarıqları
- Təşəbbüskarlıq bacarığı
Dil bilikləri:
- Azərbaycan dili – əla;
- İngilis dili – texniki sənədlərlə işləmə səviyyəsində;
- Rus dili – arzuolunandır.
Namizədlər (subject hissəsində vəzifənin adını qeyd etməklə) CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Platforma və Virtualizasiya üzrə Sistem Mühəndisi
Son tarix 16 iyn 2025 - [email protected]
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- Virtual maşınların yaradılması, monitorinqi və problemlərinin aradan qaldırılması;
- Platforma və virtualizasiya mühitlərinin fasiləsiz və effektiv idarə olunması;
- VMware vSphere, Microsoft Hyper-V, KVM kimi virtualizasiya texnologiyaları ilə sistemlərin qurulması və dəstəklənməsi;
- Bulud platformalarının (AWS, Azure, Google Cloud) idarə olunması və sistemlərə inteqrasiyası;
- Linux və Windows serverlərinin optimallaşdırılması və texniki dəstəyi;
- Storage sistemləri (SAN, NAS) üzrə konfiqurasiya və idarəetmə;
- Təhlükəsizlik və performans monitorinqi proseslərinin həyata keçirilməsi;
- Avtomatlaşdırma skriptlərinin yazılması (PowerShell, Bash, Python və s.);
- Konfiqurasiya və idarəetmə alətləri (Ansible, Puppet, Chef və s.) ilə iş;
- Yedəkləmə və bərpa strategiyalarının planlanması və icrası;
- Yüksək mövcudluq (HA) və yük balanslaşdırma (Load Balancing) texnologiyalarının tətbiqi;
- İT resurslarının və xidmətlərinin fasiləsizliyini təmin etmək məqsədilə texniki problemlərin diaqnostikası və operativ həlli.
Namizədə dair tələblər:
Təhsil və sertifikatlar:
- Ali təhsil (kompüter elmləri, informasiya texnologiyaları və ya əlaqədar sahələr üzrə);
- Virtualizasiya və bulud texnologiyaları üzrə beynəlxalq sertifikatlara sahib olmaq üstünlükdür (məs., VMware, Microsoft Azure, AWS, Red Hat və s.);
Dil bilikləri:
- Azərbaycan dili – əla;
- İngilis dili – texniki sənədlərlə işləmə səviyyəsində;
- Rus dili – arzuolunandır.
Təcrübə:
- Platforma və virtualizasiya mühitlərinin idarə olunması üzrə ən azı 2-3 il iş təcrübəsi;
- VMware vSphere, Microsoft Hyper-V, KVM və s. virtualizasiya texnologiyaları ilə işləmə təcrübəsi;
- Bulud platformalarının idarə olunması və inteqrasiyası üzrə biliklər (AWS, Azure, Google Cloud);
- Linux və Windows server sistemlərinin idarə olunması üzrə təcrübə;
- Şəbəkə infrastrukturu, təhlükəsizlik və sistem monitorinqi üzrə biliklər.
Texniki biliklər:
- Skript yazmaq bacarığı (PowerShell, Bash, Python və s.);
- Storage (SAN, NAS) sistemləri ilə iş təcrübəsi;
- Ansible, Puppet, Chef kimi konfiqurasiya alətləri ilə işləmə bacarığı;
- Yedəkləmə və bərpa strategiyalarının həyata keçirilməsi;
- HA və Load Balancing prinsipləri üzrə biliklər;
- Texniki problemlərin effektiv diaqnostikası və həll bacarığı.
Yumşaq bacarıqlar:
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Məsuliyyətlilik və təşəbbüskarlıq;
- Komanda ilə işləmə və effektiv ünsiyyət qurma bacarığı;
- Stress altında işləmə və prioritetləri düzgün müəyyənləşdirmə qabiliyyəti.
Əlavə üstünlüklər:
- İT təhlükəsizliyi üzrə biliklər;
- Container texnologiyaları (Docker, Kubernetes) üzrə təcrübə;
- DevOps prinsipləri və alətləri barədə anlayış.
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.