İcbari Sığorta Bürosu
Biznes analitika üzrə mütəxəssis
Son tarix 18 noy 2024 - [email protected]
İş yeri: Bakı.
Vəzifə Öhdəlikləri:
- Şirkət və məhsullar üzrə proseslərin analiz edilməsi, əlaqəli tərəflərin rəylərinin alınması, təhlil edilməsi və optimizasiya təkliflərinin hazırlanması;
- Şirkətdə tətbiq edilən proses optimizasiyası metodoloqiyasına əsasən işlərin aparılması;
- Proseslərdə olan dəyişikliklərin sistemlərdə əks etdirilməsi üçün tələblərin komanda üzvlərinə (və ya əlaqəli digər tərəflərə) anlaşılan formada ötürülməsi;
- Proseslərin optimallaşdırmasına xidmət edən dünya standartlarının, rəqəmsal həllərin tətbiq edilə bilməsi üçün araşdırmaların aparılması, məhsulun və şirkət proseslərinin inkişafı üçün yeni innovativ yanaşmaların təklif edilməsi;
- Proseslərin effektivliyinin ölçülməsi;
- Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərdə məlumatların (prosesin) düzgün əks etdirilməsi, proseslərin iş axınlarının qurulması (flow chart-ların hazırlanması);
- Proseslərdə risklərin müəyyən edilməsi və aşkarlanan risklərin bəyan edilməsi;
- Proses riskləri ilə bağlı kök səbəb təhlillərinin aparılması, fəaliyyət planının hazırlanması, son tarixlərin izlənilməsi;
- Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasının təmin edilməsi
Namizədə olan tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (sığorta sahəsinə üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (arzu olunandır);
- Sığorta bazarını, sığorta qanunvericiliyi anlamaq, sığorta məhsullarını bilmək, Biznes analitika üzrə sertifikasiyalar (arzu olunandır);
- Proses xəritələri, cədvəlləri və fəaliyyət planlarını hazırlamaq və şərh etmək bacarığı;
- BPMN 2.0 proseslərinin modelləşdirilməsi və idarə edilməsi sahəsində bilik və təcrübə üstünlük hesab olunur;
- Jira proqramı üzrə layihələrin idarəedilməsi, izlənməsi üzrə təcrübə olması üstünlükdür;
- MS Project üzrə biliklər arzu olunandır;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
- Təqdimat bacarığı;
- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi, statistik biliklər;
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti;
- Yeni texnologiyaları öyrənmə həvəsi;
- Nəticəyə əsaslanma, inam yaratma, komanda işi, əməkdaşlıq, problem həlletmə, planlaşdırma, geniş perspektiv, münasibət yaratma, keyfiyyət yönümlülük, dəyişikliklərə uyğunlaşma, dinamikanı anlamaq.
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.
İnvestisiyalar üzrə mütəxəssis
Son tarix 01 noy 2024 [email protected]
İş yeri: İcbari Sığorta Bürosu
İş yeri: Bakı.
Əsas vəzifə öhdəlikləri:
- ilkin büdcə layihəsini, müvafiq dövlət orqanlarına dövri hesabatlar və məlumatlar hazırlamaq
- Əmlakın pul vəsaitlərinin və əsas vəsaitlərin qorunmasını və mühafizəsini həyata keçirtmək;
- İnzibati idarəetmə xərcləri üzrə ödənişləri həyata keçirir və bu əməliyyatların uçotunu aparmaq;
- İşçilərin əmək haqqı və ona bərabər tutulan ödənişlərin uçotunu və bu ödənişlər üzrə tutulan vergilər və ayırmalarla bağlı əməliyyatları həyata keçirtmək;
- Rəhbərliyin tapşırıqlarına uyğun olaraq Şöbənin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək;
- Şöbənin səlahiyyətlərinə aid məsələlər üzrə Büroya daxil olan müraciətlərə baxılması, sorğu və məktublara cavabların hazırlanmasını təmin etmək
- Büdcə və maliyyə nəzarəti ilə bağlı dövri maliyyə hesabatlarının hazırlanmasını və təhlil edilməsini təmin etmək
- İnvestisiya portfelinə, qlobal və yerli maliyyə bazarlarına, texniki və iqtisadi qiymətləndirmələrə nəzarət edib rəhbər şəxslərə müvafiq hesabatların verilməsini təmin etmək;
- Büro tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirtmək
Dil bilikləri:
- Azərbaycan dili - əla
- Rus dili - əla
- Proqram bilikləri
- 1C 8.3, Microsoft Office - proqramları.
İş Təcrübəsi:
- 2 il, iş təcrübəsi;
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.
Kargüzarlıq bölməsinin müdiri
Son tarix 01 noy 2024 [email protected]
İş yeri: İcbari Sığorta Bürosu
İş yeri: Bakı.
Əsas vəzifə öhdəlikləri:
- Daxil olan yazılı və şifahi müraciətlərə baxılması üçün onların qeydiyyatını aparıb, baxılması üçün müvafiq struktur bölmələrinə yönəldib və cavabların göndərilməsini təmin etmək;
- Büroda arxiv işini təşkil edib və həyata keçirtmək
- Kargüzarlıq xidmətinin həyata keçirilməsi işinə metodiki rəhbərliyi həyata keçirtmək;
- Rəhbərliyin tapşırığı ilə fəaliyyət istiqamətləri üzrə digər işlərin həyata keçirilməsini təmin etmək
- Müəyyən cari saxlanılma müddətlərinin keçməsinə görə sənədlərin arxivə verilməsini təşkil etmək;
Dil bilikləri:
- Azərbaycan dili - əla
- Rus dili - əla
- Kompüter bilikləri
- Microsoft Office -proqramları.
İş Təcrübəsi:
- 4 il iş təcrübəsi;
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.
Kargüzarlıq və istehlakçılarla iş bölməsinin kiçik mütəxəssisi
Son tarix 18 noy 2024 [email protected]
İş yeri: İcbari Sığorta Bürosu
İş yeri: Bakı.
Əsas vəzifə öhdəlikləri:
- KİİB mütəxəssisi bölmə müdirinin nəzarəti altında vətəndaşlardan daxil olan yazılı və şifahi müraciətlərə baxılmasını, müraciətlərlə əlaqəli sorğuların göndərilməsini və araşdırmanın nəticəsinə uyğun olaraq cavabların hazırlanaraq göndərilməsini təmin edir;
- Büroda sənədlərin arxivləşdirilməsi üçün hazırlanmasını həyata keçirir;
- Müraciət portalına daxil olan sorğuların qəbul olunması, müvafiq qaydada bölmə müdirinə sorğularla əlaqədar məlumat verilməsi, onlara cavab hazırlanaraq göndərilməsini və icra barədə bölmə müdirinə məlumatın verilməsini təmin edir;
- Vətəndaşların Büronun inzibati binasında qəbulunu tənzimləyir;
- Bölmə müdirinin tapşırığı ilə fəaliyyət istiqamətləri üzrə digər işlərin həyata keçirilməsini təmin edir;
Namizədə tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili (səlis)
- Kompüter bilikləri: MS Excel , MS Word (əla);
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməkləelektron poçt ünvanına göndərə bilərsiniz.