İcbari Sığorta Bürosu
Data Analitikası üzrə mütəxəssis
Son tarix 16 mar 2025 - [email protected]
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- Böyük həcmli məlumatların təhlili və strukturlaşdırılması
- SQL sorğularının yazılması və optimallaşdırılması
- Tableau və digər vizuallaşdırma alətlərində hesabatların və dashboard-ların hazırlanması
- Exceldən istifadə edərək məlumatların təhlili və hesabatların hazırlanması
- Sığorta sahəsində statistik və analitik modellərin qurulması
- Məlumatların keyfiyyətinin yoxlanılması və təkmilləşdirilməsi
- Biznes tələblərinə uyğun dataya əsaslanan qərarvermə proseslərinin dəstəklənməsi
- Komanda ilə əməkdaşlıq edərək layihələrdə iştirak etmək
Tələblər:
- Ali iqtisadi təhsili;
- Data analitika və ya əlaqəli sahədə minimum 2-3 il iş təcrübəsi
- SQL (PostgreSQL üstünlükdür) üzrə yüksək səviyyəli biliklər
- Tableau alətində dashboard və hesabatların hazırlanması təcrübəsi
- Excel (Power Query, Pivot Table) üzrə biliklər
- Python ilə data analitika və statistik təhlil üzrə biliklər üstünlükdür
- Data modelləşdirmə və sığorta sahəsində təcrübə üstünlükdür
- Analitik düşüncə və problemləri həll etmə bacarığı
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
Əmək haqqı: razılaşma yolu ilə
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektorn poçt ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq) Uğurlar.