İcbari Sığorta Bürosu
İT departamenti - Helpdesk
Son tarix 16 dek 2024 - [email protected]
İş yeri: Bakı.
Vəzifə Öhdəlikləri:
- Büronun İstifadəçilərə texniki köməyi göstərmək
- Qəbul olunmuş iş planına uyğun olaraq şöbə tərəfindən kompleks işlərini həyata keçirilmək;
- Daxili server strukturunda yaranan problemlərin həllində iştirak etmək;
- Daxili şəbəkə strukturunda yaranan problemlərin həllində iştirak etmək
- İstifadəçilərə tələb olunan proqram təminatını yazmaq;
- İstifadəçilərin kompyuterlərində yaranan problemləri analiz etmək;
- İstifadəçilərin kompyuterlərinin format olunmasını təmin etmək;
- İstifadəçilərin kompyuterlərinin ilkin təmirini həyata keçirtmək;
- Printerlərin stabil işləməsini təmin etmək, ilkin təmiri həyata keçirmək;
- Yaranan problemlər haqda tabe olduğu rəhbərinə hesabat vermək;
- Hardware və proqram təminatının təkmilləşdirilməsində iştirak etmək;
- Büronun bütün proqram təminatı paketlərini yükləyir və yerləşdirmək;
- Proqram təminatı ilə əlaqəli digər məhsulları yükləyir və ona dəstəyi həyata keçirtmək;
- Windows Server şəbəkə konfiqurasiyası ilə tanış olaraq onu qurarşdırmaq;
- Server sistemlərinin təhlükəsizliyini, cari tarixə yenilənməsini təmin etmək;
- Büronun proqram təminatı kompleksini və onunla əlaqəli proqram məhsullarını quraşdırır və funksionallıqlarını tam öyrənərək tətbiq etmək
- Büronun gündəlik işində fərdi kompüterlərdə və lokal şəbəkədə meydana çıxan problemlərin aradan qaldırılmasını üçün müvafiq texniki işləri həyata keçirtmək;
Namizədə olan tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (sığorta sahəsinə üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (arzu olunandır);
- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi, statistik biliklər;
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti;
- Yeni texnologiyaları öyrənmə həvəsi;
- Nəticəyə əsaslanma, inam yaratma, komanda işi, əməkdaşlıq, problem həlletmə, planlaşdırma, geniş perspektiv, münasibət yaratma, keyfiyyət yönümlülük, dəyişikliklərə uyğunlaşma, dinamikanı anlamaq.
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə göstərilmiş elektron poçt ünvanına göndərə bilərsiniz.