İcbari Sığorta Bürosu
Korporativ Xidmətlər Departamentinin Rəhbəri
Son tarix 08 iyn 2023 - [email protected]
İş yeri: Bakı.
Vəzifə öhdəlikləri:
- Departament rəhbəri Büronun strateji və əməliyyat idarəedilməsi proseslərinin dəstəklənməsini və onun missiyasının effektiv həyata keçirilməsini təmin etmək;
- Strateji və əməliyyat planlarının hazırlanması işinin təşkil edilməsi və icrası barədə hesabatların hazırlanmasını təmin etmək;
- Planların icrası üzərində monitorinq aparılmasını təşkil etmək;
- Biznes proseslərinin müəyyən olunmasına, optimizasiyasına və onların icrasına nəzarət etmək;
- Struktur bölmələr üzrə müvafiq KPİ-ların hazırlanmasını və icrasını təşkil etmək;
- Hüquq işinin həyata keçirilməsi və onun fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi, habelə Büronun normayaratma fəaliyyətinin effektiv koordinasiya edilməsinə nəzarət etmək;
- İnsan resurslarının idarə edilməsi siyasətinə və strateji hədəflərinə müvafiq olaraq onun davamlı dinamik inkişafına xidmət edən insan kapitalının formalaşdırılması, inkişaf etdirilməsi və qorunub saxlanılmasını təmin etmək;
- Təsərrüfatçılıq fəaliyyətinin lazımi səviyyədə təşkil edilməsinə, Büroda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və qorunmasına, sanitariya və gigiyena norma və standartlarının tətbiqinin təmin edilməsinə nəzarət etmək;
- Rəhbərliyin tapşırığı ilə fəaliyyət istiqamətləri üzrə digər işlərin həyata keçirilməsinə nəzarət etmək;
- Tabeliyində olan işçilərin əmək funksiyalarının icrasına nəzarət edir və onlara müvafiq göstərişlər vermək;
- Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Büronun fəaliyyətinə və işçilərinə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə operativ tədbirlər görmək;
Əmək haqqı: razılaşma yolu ilə.
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.