Iktex
Dron sürücüsü
Son tarix 13 apr 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Nəzəri, simulyasiya və uçuş təlimlərində PUA Pilotu kimi xidmət etmək;
- Yer və uçuş sınaqlarında iştirak etmək;
- Müvafiq yerlərdə təlim, sınaq, quraşdırma və ya uçuş işlərinə uyğunlaşmaq;
- Dronun təhlükəsiz şəkildə uçuşunu ve yerə endirilməsini təmin etmək;
- Canlı görüntü zamanı verilən tapşırıqları vaxtında və dəqiq icra etmək;
- İstifadə etdiyi cihazların saz vəziyyətdə saxlanılmasına nəzarət etmək.
Tələblər:
- Ali texniki təhsil arzu olunandır ;
- 29 yaşa kimi bəylər;
- Hərbi mükəlləfiyyətli;
- Aviasiya biliklərinin olması;
- Real şəraitdə Dron sürücüsü kimi 50 saat sürüş təcrübəsi;
- Müxtəlif hava şəraitlərində peşəkar foto və videoların çəkilişini üzrə bacarıqlar;
- Sürətli iş mühitində işləmək;
- MS Office programları üzrə biliklər.
Səriştələr:
- Məsuliyyətlilik, etibarlılıq və dürüstlük;
- İnkişafa yönümlü və innovativ;
- Operativlik və çeviklik;
- Nəticə yönümlü.
Üstünlüklərimiz:
- Karyera inkişafı;
- Şirkət tərəfindən nahar;
Əmək haqqı:
- Namizədin bacarıqlarına və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir:
- Əmək haqqı 1300 AZN +
- Ezamiyyə xərcləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.
Vakansiyanın tələblərinə uyğun gələn namizədlər mövzu hissəsində “Dron sürücüsü” qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.