Ötənb ay Azərbaycana 104,9 min nəfər turist gəlib ki, onlar ümumilikdə 193,3 milyon manat pu xərcləyib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da o deməkdir ki, bir turistin orta hesabla xərclədiyi məbləğ 1 842 manat təşkil edib.
Orta hesabla ən yüksək məbləğ BƏƏ vətəndaşlarının payına düşüb bu ölkədən gələnlər təxminən adambaşına 2 min 627 manat xərcləyib.
Qətər 2 430 manat göstərici ilə ikinci, İsrail 2 405 manatla üçüncüdür.
Ümumiyyətə adambaşına orta hesabla 2 min manatdan çox pul xərcləyən ölkələrin sayı 16-dır.
Bundan başqa Küveyt turistləri 2 368, amerikalı turistlər 2 355, hindlilər 2 315, ispanlar 2 240, almanlar 2 147, italyanlar 2 107, Bəhreynli turistlər isə 2 097 manat xərcləyib.
Adambaşına orta hesabla daha az pul xərcləyən ölkələrin turistləri isə türkmənlər (1 136 manat) və gürcülər (1 193 manat olub).