2024-cü il yanvar ayında Azərbaycanda turistlər ümumilikdə 193 milyon 254,3 min manat xərcləyib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu da ötən ilin yanvar ayı ilə müqayisədə 80 milyon 844,2 min manat və ya 71,9% çoxdur.
Ötən ilin yanvar ayında turistlər 112 milyon 410,1 min manat xərcləmişdi.
Ümumi xərclərin 87 milyon 434,7 min manatı nəqliyyatın, 37 milyon 207,6 min manatı yerləşmə, 40 milyon 323,6 min manatı qidalanma, 837,7 min manatı mədəniyyət, 83,8 min manatı turizm zərfinin alınması, 212,7 min manatı nəqliyyat vasitələrinin icarəyə götürülməsi, 1 milyon 65,6 min idman və əyləncə xidmətləri, 18 milyon 139,3 min manatı malların, hədiyyələrin alınması, 7 milyon 945,2 min manatı isə digər xərclərin payına düşüb.
Əvvəlki illə müqayisədə nəqliyyat xərcləri 45 milyon 345,4 min manat və ya 2 dəfə, yerləşmə xərcləri 11 milyon 625,9 min manat və ya 45,4%, qidalanma xərcləri14 milyon 988,8 min 59,2%, mədəniyyət xərcləri 243,1 min manat və 40,9%, turizm zərfinin alınması xərcləri 32,4 min manat və ya 63%, nəqliyyat vasitələrinin icarəyə götürülməsi 63,7 min manat və ya 41,5%, idman və əyləncə xidmətləri xərcləri 602,4 min manat və ya 2,3 dəfə, malların, hədiyyələrin alınması xərcləri 6 milyon 72,5 min manat və ya 50,3%, digər xərclər 1 milyon 872,6 min manat və ya 30,8% artıb.