Ötən il Azərbaycana turizm məqsədi ilə 1 milyon 402 min nəfər gəlib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Turistlər ümumilikdə 2 milyard 439 milyon manat pul xərcləyiblər.
Bu da o deməkdir ki, 1 nəfər turistə düşən orta məbləğ 1 739 manat təşkil edib.
Orta hesabla ən çox pul xərcləyən ölkələr Belarus (3 249 manat), BƏƏ (2 446 manat), Qətər (2 356 manat) olub.
Küveytli turistlər isə orta hesabla 2 283 manat, Səsudiyyə Ərəbistanından gələnlər isə 2 280 manat xərcləyiblər.
Ən aşağı göstəricilər isə Bəhreyn (933 manat), Gürcüstan (1 020 manat) və Türkmənistan (1 080 manat) məxsusdur.