Azərbaycana gələn turistlərin sayının ötən il artması ilə yanaşı onların bu mqəsədlə çəkidkləri xərclərdə də artım qeydə alınıb.
FED.az xəbər verir ki, turist məqsədi ilə Azərbaycana gələn turistlər 2023-cü ildə ümumilikdə 2 milyard 439,2 milyon manatlıq xərc çəkiblər.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə bu 2022-ci illə müqayisədə 1 milyard 99 milyon manat və ya 82 faiz çoxdur.
Turistlər ümumi xərclərin 1 milyard. 45,3 milyon manatını nəqliyyata, 482 milyon manatını yerləşməyə, 511,8 milyon manatını qidalanma, 11,3 milyon manatını isə mədəniyyətə xərcləyiblər.
Ən böyük xərclər isə Rusiya, Hindistan və Türkiyənin turistlərinə aiddir.
Belə ki, Rusiyadan gələn turistlər Azərbaycanda 791,8 milyon manat, hindistanlı turistlər 248,1 milyon manat, Türkiyə vətəndaşları isə təqribən 209 milyon manat xərcləyib.
Ən az pul xərcləyən turistlər isə Suriyadan gələnlər (560,1 min manat) olub.
Daha ətraflı cədvəldə: