2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin turizm gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz artaraq, 21,7 milyard dollara çatıb.
Azərbaycanda hotellər - 83,4% BOŞ QALIB
FED.az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlama verib.
"Hesabat dövründə Türkiyəni ziyarət edənlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq 22 milyon 945 min nəfərə çatıb", - deyə o əlavə edib.
Bundan əlavə, M.N.Ersoy bildirib ki, hazırda Türkiyə davamlı yaşayış sektorunda birinci yerdədir.
Qeyd edək ki, 2022-ci ildə Türkiyənin turizm gəliri 46,4 milyard dollar olub. (Trend)