2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, işğaldan azad edilmiş əraziləri əhatə edən Qarabağ iqtisadi rayonunda turizm sektorunun gəlirləri açıqlanıb.
FED.az xəbər verir ki, Qarabağ iqtisadi rayonu üzrə hotellərin gəlirləri 8 milyon 862,7 min manat təşkil edib.
Bölgədəki ümumi artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 333,3 min manat başqa sözlə 60 faiz olub.
İqtisadi rayonun gəlirlərinin əsas hissəsi mədəniyyət paytaxtı Şuşa .əhərinin payına düşür. Şuşadakı turizm obyektlərinin gəlirləri 2 milyon 631,4 min manat və ya 56 faiz artaraq 7 milyon 359,1 min manata çatıb.
Siyahıda yeni fəaliyyətə başlayan mərkəzlər də yer alıb. Belə ki, Xankəndi şəhərində otellərin gəliri 458,2 min manat, Ağdam rayonunda 510,3 min manat, Ağdərə rayonunda isə 5,9 min manat təşkil edib.
Bölgənin digər rayonlarında da artım müşahidə olunub. Bərdə rayonunda gəlirlər 16,9 min manat artaraq 185,4 min manat (artım 10 faiz) olub. Tərtər rayonunda isə bu göstərici 16,4 min manat yüksələrək 171,7 min manata çatıb, yəni 11 faiz artım qeydə alınıb.
Qarabağ iqtisadi rayonunda azalma yalnız Ağcabədi rayonunda müşahidə edilib. Burada otellərin gəlirləri 305,8 min manat azalaraq 172,1 min manata düşüb ki, bu da 64 faiz geriləmə deməkdir.











