2025-ci il üzrə Bakı şəhərində fəaliyyət göstərən hotellərin aylar üzrə əldə etdiyi gəlir göstəriciləri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, paytaxt üzrə təqdim olunan statistikaya əsasən ilin ilk ayı olan yanvarda hotellərin ümumi gəliri 22 milyon 695,5 min manat təşkil edib.
Fevral ayında bu göstərici bir qədər artaraq 23 milyon 954,1 min manat olub.
Mart ayında isə ilin ən aşağı nəticəsi qeydə alınıb və gəlirlər 20 milyon 65,4 min manata enib.
Aprel ayından etibarən isə qazanclarda nəzərəçarpacaq sıçrayış baş verib və bu rəqəm 36 milyon 335,5 min manata, may ayında isə 40 milyon 225,3 min manata çatıb.
Yay aylarına gəldikdə, Bakı hotelləri iyun ayında 36 milyon 362,5 min manat, iyulda 30 milyon 603,1 min manat, avqustda isə 29 milyon 230,5 min manat gəlir əldə ediblər.
Bütün il üzrə ən yüksək qazanc payızın ilk ayında müşahidə olunub – sentyabrda hotellərin gəliri kəskin artaraq 59 milyon 673,4 min manata yüksəlib.
Sonrakı aylarda müvafiq rəqəmlər oktyabrda 33 milyon 893,7 min manat, noyabrda 31 milyon 494,6 min manat təşkil edib. İlin yekunu olan dekabr ayında isə paytaxt hotelləri 35 milyon 324,4 min manatlıq gəlir qeydə alıblar.
|
Aylar |
Gəlir (min manat) |
|
Yanvar |
22 695,5 |
|
Fevral |
23 954,1 |
|
Mart |
20 065,4 |
|
Aprel |
36 335,5 |
|
May |
40 225,3 |
|
İyun |
36 362,5 |
|
İyul |
30 603,1 |
|
Avqust |
29 230,5 |
|
Sentyabr |
59 673,4 |
|
Oktyabr |
33 893,7 |
|
Noyabr |
31 494,6 |
|
Dekabr |
35 324,4 |












