Cari ilin oktyabr ayında Azərbaycana səfər edən turistlərin 62,7%-ni yəni 78,3 min nəfərini kişilər, 37,3%-ni və ya 46,5 min nəfərini qadınlar təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Kişi turistlərin sayı illik müqayisədə 6 min nəfər (8,4%), qadın turistlərin sayı 20,4 min nəfər (78,2%) artıb.
Keçən ilin eyni dövründə bu göstərici müvafiq olaraq 72,3 min nəfər və 26,1 min nəfər olub.
Kişi turistlərin 24,7 mini Rusiyadan, 9,2 mini Türkiyədən, 7,8 mini Hindistandan gələnlər olub.
Qadın turistlərin 18,6 mini Rusiyadan, 3,8 mini Türkiyədən, 3,2 min nəfəri isə Hindistandan gələnlər olub.