2022-ci ildə Kanadaya daimi yaşamaq üçün 437 min nəfər köçüb.
FED.az xəbər verir ki, bu həm hökumətin planlarından, həm də 2021-ci ildəki 405 min nəfərlik əvvəlki rekorddan yüksəkdir.
Kanada hər il 500 min immiqrant qəbul etməyi - PLANLAŞDIRIR
Kanada immiqrasiya nazirliyinin məlumatına görə, hazırda kanada əhalisinin illik artımının 4-də 3-nü xaricdən gələnlərin hesabınadır. Hökumətin planlarına görə, qarşıdakı 3 ildə ölkə daha 1,45 milyon nəfəri qəbul etməyi planlaşdırır. Hökumət bildirir ki, immiqrasiya Kanadanın iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır və ölkədə işçi qüvvəsinin artımının 90%-i yeni gələnlərin hesabınadır.