Kanada hökuməti 2025-ci ilə qədər hər il 500 min yeni daimi sakin qəbul etməklə iqtisadi immiqrasiyanın illik səviyyəsini artırmağı planlaşdırır ki, bu da tarixi rekord olacaq.
Eləcə də bax: Kanadaya miqrasiya ilə bağlı maraqlı rəqəmlər – 5-10 İLƏ DAİMİ YAŞAYIŞ İCAZƏSİ
FED.az xəbər verir ki, immiqrasiya departamentinin açıqlamasına əsasən, 2021-ci ildə ölkə 405 mindən çox immiqrant qəbul edib.
Qırx milyona yaxın əhalisi olan ölkə səhiyyə, istehsalat, hətta texnologiya və mühəndislik sahələrində və ya STEM (elm, texnologiyalar, mühəndislik və riyaziyyat) kimi mühüm istiqamətdə, xüsusilə işçi qüvvəsinin çatışmazlığı problemini aradan qaldırmağa çalışır. (Trend)