Gürcüstan hökuməti indiyədək istifadə olunmayan 50 köhnə kurort yerlərində dağ-xizək və adi sanatoriyalar yaratmaq niyyətindədir.
Gürcüstanda evlərin kirayə haqqı - 60% BAHALAŞIB
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Levan Davitaşvili bildirib. Onun sözlərinə görə, yeni xizək və adi kurortları ölkənin şərq, qərb və cənub qərb ərazilərində yaradılacaq. Burada qış idman növləri, müalicə və sair məqsədlər üçün şərait yaradılacaq.
Yeni yaradılacaq sanatoriyalar Kaxetidəki Zekari bölgəsində, Kvemo Raçadakı Çutxaro bölgəsində, Kvemoq kartlidəki Samşvilde kəndində, və Cavaxetiyadakı Uraveli bölgəsində yaradılacaq.
Bunun üçün həmin ərazilərdə yollar və digər infrastruktur inkişaf etdiriləcək. İnvestorları cəlb etmək üçün hökumət bu əraziləri 2023-cü ildən özəlləşdirməyə çıxaracaq.