Gürcüstanın Milli Turizm Administrasiyası ölkəyə səfər edən bütün turistlər üçün icbari tibbi və bədbəxt hadisələrdən sığortanın 2026-cı ilə qədər təxirə salınmasına qərar verib.
Gürcüstana giriş qaydaları dəyişir - YENİ TƏLƏBLƏR
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” bildirir.
İlkin versiyaya görə, bu tələb 1 iyun 2024-cü ildə qüvvəyə minməli idi. Lakin turizm administrasiyası və sığorta şirkətləri bir sıra məsələlərdə, o cümlədən sığorta paketinin minimum dəyəri ilə bağlı konsensus əldə edə bilməyiblər.
Bugünkü gün Gürcüstanda yalnız xarici nömrəli avtomobillərin sığortası tələb olunur (15 gündən çox qaldıqda). Sığorta yol qəzası zamanı zərərçəkənlərə dəyən həm fiziki, həm də maddi ziyanı əhatə edir.