Gürcüstan əhalisinin sayı 3,9 milyon nəfərə çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Gürcüsmtanın Dövlət Statistika Xidmətinə istinadən xəbər verir ki, əhali artımına xaricdən çoxsaylı insanların Gürcüstana köçməsi də səbəb olub.
Belə ki, Rusiya, Ukrayna və Belarusdan olan 108 mindən çox insan Gürcüstanda uzunmüddətli vizalarla yaşamağa davam edir.
Gürcüstan Dövlət Statistika Xidmətinin son məlumatlarına görə, ölkə Rusiya, Ukrayna və Belarusdan xeyli sayda immiqrant qəbul etməyə davam edir. Əsas immiqrant axını 2022-ci ildə baş versə də, 2026-cı ilin əvvəlinə olan məlumata görə, bu ölkələrin 108 min vətəndaşı Gürcüstanda uzunmüddətli viza ilə yaşayır. Bu kateqoriyadan olan şəxslər ölkənin ümumi əhalisinin 2,6%-ni təşkil edir.
Rəsmi məlumatlara görə, göstərilən dövrdə Gürcüstana Rusiyadan 72 527 nəfər, Ukraynadan 24 440 nəfər, Belarusdan 11 255 nəfər köçüb.
Miqrasiya Gürcüstan əhalisinin 3,9 milyona çatmasında əsas amil olmuşdur. Xarici vətəndaşların ən çox cəmləşdiyi yerlər ölkənin ən böyük inzibati mərkəzləri olan Tbilisi və Batumidədir.
Dövlət Statistika Xidmətinin məlumatına görə, hazırda Gürcüstanda 257 000 xarici vətəndaş daimi yaşayır. Ukraynada müharibə başladıqdan sonra ölkəyə gələn 108 222 nəfər bu ümumi immiqrasiyanın əhəmiyyətli bir hissəsini təşkil edir.














