Cari il Rusiya vətəndaşlığı alanların sayı 1,5 dəfə artıb.
FED.az məlumat verir ki, bu barədə "İzvestiya" Rusiyanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Eləcə də bax: Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – HƏR İL 80 MİLYON DOLLAR QAZANIRLAR
Məlumata görə, yanvar-sentyabr aylarında əcnəbilərə 285 min Rusiya pasportu verilib. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 48 faiz çoxdur.
Qeyd edilir ki, bu dövrdə Ermənistanın 17 min vətəndaşı Rusiya vətəndaşlığını alıb. Ermənistan siyahıda 4-cü yer tutur.
Xəbərdə həmçinin bildirilir ki, 2019-cu ildə Rusiya vətəndaşlığı alanlar arasında ukraynalılar (146 min nəfər) üstünlük təşkil edir. Siyahıda Qazaxıstanın (35 min nəfər), Tacikistanın (30 min), Ermənistanın, Özbəkistanın (14 min nəfər), Moldavanın (11,5 min nəfər) da adları var.
Report