2023-cü ildə Bakı hotelləri 314 milyon 117,4 min manat gəlir əldə ediblər.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2022-ci illə müqayisədə 86 milyon 319,2 min manat və ya 37,9% çoxdur.
2022-ci ildə isə gəlirlər 227 milyon 798,2 min manat idi.
Hotellərin çəkdikləri xərclər isə 222 milyon 740,8 min manat təşkil edib ki, bu da illik müqayisədə 52 milyon 73,6 min manat və ya 30,5% çoxdur. Əvvəlki il hotellərin məhsul və xidmət istehsalına çəkdikləri xərcləri 170 milyon 667,2 min manat idi.
Hesabat dövründə gəlirlərin xərclərdən çox olduğunu nəzərə alsaq, belə aydın olur ki, Bakı hotelləri 2023-cü ili 91 milyon 376,6 manat mənfəətlə yekunlaşdırıb.
Bu da 2022-ci illə edilən müqayisədə 34 milyon 245,6 min manat və ya 59,9% çoxdur.
Bakı hotelləri 2022-ci ildə 57 milyon 131 min manat mənfəət əldə etmişdi.