2023-cü ildə Bakı hotelləri 1 milyon 194,5 min nəfər qonaq qəbul edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2022-ci ilə nisbətən 198 min 72 nəfər və ya 19,9% çoxdur.
Hotellərə yerləşdirilmiş vətəndaşların 258 min 644 nəfəri Azərbaycan, 935 min 856 nəfəri isə əcnəbi vətəndaşlar olub.
Yerli vətəndaşların sayında 29 min 863 nəfər və ya 13,1%, xarici vətəndaşların sayında 168 min 209 nəfər və ya 21,9% artım baş verib.
2022-ci ildə Bakı hotelləri 996 min 428 nəfər qəbul edib ki, onların da 228 min 781 nəfəri Azərbaycan, 767 min 747 nəfəri əcnəbi vətəndaşlar olub.