2021-ci ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 23.1% azalaraq 491.1 milyon dollar təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (367.4 milyon dollar) ixracı (123.7 milyon dollar) üstələməsi nəticəsində 243.7 milyon dollar həcmində kəsir yaranmışdır.
Eləcə də bax: Aviabiletlərin qiyməti ilə bağlı təkliflər verilib - MÜZAKİRƏLƏR GEDİR
FED.az xəbər verir ki, bu, 2021-ci ilin 9 ayın yekunları üzrə Azərbaycan Respublikasının tədiyə balansında bildirilir.
Qeyd edilib ki, bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 24.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 38.2% azalmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 367.4 milyon dollar olmuşdur. Bunun 88.5%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 3.4 dəfə azalaraq 6 milyon təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 37.3% artaraq 668 milyon olmuşdur. (Marja)