Turizm

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı - 1 MİLYON NƏFƏRİ ÖTÜB

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı - 1 MİLYON NƏFƏRİ ÖTÜB | FED.az
15:46 19 Sen 2019

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 024 349 nəfər təşkil edib.

FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Eləcə də bax: Gürcüstana ən böyük sərmayəni - AZƏRBAYCAN YATIRIB – 3 MİLYARD DOLLAR

İllik müqayisədə qonşu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 68 292 nəfər, yaxud 7,1% artıb.

Bu göstərici ilə Azərbaycan qonşu ölkəyə səfər edən əcnəbi ziyarətçilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 1 058 549 nəfərlə Rusiya, üçüncü yerdə isə 864 474 nəfərlə Ermənistandır.

Hesabat dövründə Gürcüstan, ümumilikdə, 6 320 516 beynəlxalq ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 7,2% çoxdur. 

Marja

Digər xəbərlər