2025-ci ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,4 faiz artaraq 371,9 milyon manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,2 faizi hüquqi şəxslərin, 49,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz artaraq 184,8 milyon manat olub.