Azərbaycanın bank və turizm sektorunu əhatə edən maraqlı yenilik başlayıb.
FED.az xəbər verir ki, ilk dəfə olaraq taksit kartı vasitəsilə təyyarə biletlərinin satışına başlanılıb.
Azərbaycanın bank sektorunun lideri və ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı və «Azərbaycan Hava Yolları» şirkəti AZAL turizm mövsümü ərəfəsində səyahətə çıxanlar üçün maraqlı yenilik təqdim edib.
Belə ki, bundan sonra «AZAL»ın təyyarə biletlərini indi ABB-nin «TamKart» kartları ilə alıb ödənişi hissə-hissə həyata keçirmək olar. Bu imkan yalnız AZAL-ın rəsmi internet səhifəsindən və mobil tətbiqindən elektron qaydada alınmış biletlərə aiddir.
Şərtlərə görə, müştəri istəyindən asılı olaraq ödənişi TamKartla 3 ayadək faizsiz taksitlə ödəyə bilər.
Bu fürsətdən AZAL-ın bütün istiqamətlər üzrə təşkil etdiyi uçuşlarda faydalanmaq mümkündür. Bunun üçün müştəri AZAL-ın internet səhifəsində və ya tətbiqində bileti seçib ödəniş mərhələsinə keçməli, ödəniş üsulu kimi TamKartı seçməlidir.
TamKartı buradan, AZAL-ın təyyarə biletlərini isə buradan onlayn əldə etmək mümkündür.