2025-ci ilin ilk rübündə Azərbaycanın 14 rayon və şəhərlərində fəaliyyət göstərən hotellərin gəlirlərində azalma baş verib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Gəlirlərinin dinamikasına görə Oğuz rayonu sonuncu pillədə qərarlaşıb. Belə ki, rayonun hotellərininin gəlirlərində son bir il ərzində gəlirlərində 29,8 dəfə və ya 51,9 min manat azalma olub. 2024-cü ilin I rübündə də rayonun hotelləri 53,7 min manat gəlir əldə etmişdisə 2025-ci ilin ilk rübündə göstərici 1,8 min manata brəabər olub.
Göyçay hotellərinin gəlirləri isə illik müqayisədə 2,6 dəfə (27,4 min manat) azalıb. Belə ki, 2024-cü ilin I rübündə Göyçaydakı otellərin gəlirləri 44,2 min manat olduğu halda, 2025-cü ilin ilk rübündə bu rəqəm 16,8 min manata düşüb.
Ağcabədi hotellərinin gəlirləri isə son bir il ərzində 2,4 dəfə (90 min manat) azalmaqla 155,4 min manatdan 65,4 min manata bərabər olub.
Lerik rayonundakı otellərin gəlirləri bir il ərzində 2 dəfə (29,6 min manat) azalıb. Belə ki, rayonun hotelləri ötən 2024-cü ilin yanvar-mart aylarında 59,1 min manat gəlir əldə etmişdilərsə bu ilin ilk 3 ayında bu göstərici 29,5 min manata bərabər olub.