2024-cü il yanvar-mart ayları ərzində Azərbaycanda hotel və hotel tipli obyektlər 111 milyon 670,5 min manat gəlir əldə edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu illik müqayisədə 26 milyon 463,8 min manat və ya 31% artıb.
2023-cü ildə hotellərin gəlirləri 85 milyon 206,7 min manata bərabər olub.