2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərə 428 min 419 nəfər yerləşdirilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bunun da 172 min 7 nəfəri Azərbaycan, 256 min 412 nəfəri əcnəbi vətəndaşlardır.
İllik müqayisədə ümumi vətəndaşların sayı 84 min 932 nəfər (25%), Azərbaycan vətəndaşlarının sayı 12 min 404 nəfər (8%), əcnəbi vətəndaşların sayı 72 min 528 nəfər (39%) artıb.
2023-cü ilin eyni dövründə Azərbaycandakı hotellərə 343 min 487 nəfər yerləşdirilib ki, onun da 159 min 603 nəfəri Azərbaycan, 183 min 884 nəfəri əcnəbi vətəndaşlardır.