Cari ilin 11 ayında Azərbaycana səfər edən turistlərin 63,8%-ni yəni 814,3 min nəfərini kişilər, 36,2%-ni və ya 462,9 min nəfərini qadınlar təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Kişi turistlərin sayı illik müqayisədə 112,3 min nəfər (16%), qadın turistlərin sayı 197,3 min nəfər (74%) artıb.
Keçən ilin eyni dövründə kişi turistlərin sayı 701,9 min nəfər,qadın turistlərin sayı isə 265,6 min nəfər olub.