Cari ilin yanvar-noyabr Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1 milyon 893 min nəfər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrünə nisbətən 434,4 min nəfər (29,8%) çoxdur.
2022-ci ilin eyni dövründə bu göstərici 1 milyon 458,4 min nəfərdən çox olub.
Hesabat dövründə səfər edənlərin 1 milyon 277,1 min nəfəri turizm məqədi ilə,615,8 min nəfəri isə digər məqsədlərlə gəlib.
Turizm məqsədi ilə gələnlərin sayı son bir ildə 309,6 min nəfər, (32%), digər məqsədlərlə gələnlərin sayı isə təxminən 124,8 min nəfər (25,4%) artıb.
Turist kimi gələnlər ümumi gələnlərin 67,5%-ni, digər şəxslər isə 32,5%-ni təşkil edib.