Bu ilin yanvar-may ayları ərzində Azərbaycana xarici ölkələrdən 965,6 min nəfər əcnəbi gəlib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əcnəbilərin 645,4 min nəfəri turizm, 320,2 min nəfəri digər məqsədlərlə gəlib.
İllik müqayisədə gələn əcnəbilərin sayı 252,6 min nəfər (35,4%), turistlərin sayı 193 min nəfər (42,7%), digər məqsədlərlə gələnlərin sayı 59,6 min nəfər və ya 22,9% artıb.
Turistlər gələn əcnəbilərin 66,8%-ni, digər məqsədlərlə gələnlərin sayı 33,2%-ni təşkil edib.