2024-ci ilin may Azərbaycandan Türkiyəyə 75 min 474 turist səfər edib ki, bu da 2023-cu ilin mayı ilə müqayisədə 30,39 faiz çoxdur.
Azərbaycandan xaricə turist axını - 28% ARTIB
FED.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,47 faiz təşkil edib.
2024-ci ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə 334 215 şəxs səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,64 faiz azdır.
2024-ci ilin yanvar-may aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 2,12 faiz təşkil edib.
Nazirliyin məlumatında qeyd edilir ki, 2024-ci ilin may Türkiyəyə 5 milyon 130 min 119 turist səfər edib ki, bu da ötən ilin mayı ilə müqayisədə 14 faiz çoxdur.
2024-ci ilin yanvar-may aylarında 15 milyon 784 min 213 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,47 faiz çoxdur. (Trend)