Almaniya federal hökuməti vətəndaşlıq almaq qaydalarını sadələşdirir.
Almaniyada iş: necə tapmaq, nə işləmək və nə qədər qazanmaq olar? – ƏTRAFLI, PEŞƏLƏR, MAAŞLAR
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölkə bunun üçün vətəndaşlığının alınması prosesini asanlaşdıran və mühacirlərin inteqrasiyası prosesini sürətləndirən qanun layihəsini təsdiqləyib.
Qanun layihəsinə əsasən, ölkədə beş il yaşayan və ya “inteqrasiya sahəsində xüsusi nailiyyətləri” olan şəxslər Almaniya vətəndaşlığı üçün müraciət edə biləcəklər.
Bu, Almaniyaya daha çox ixtisaslı kadrların cəlb edilməsi və işçi qüvvəsi çatışmazlığı probleminin həlli məqsədi daşıyır. Yeni qanunun gələn ilin yanvarında qüvvəyə minəcəyi gözlənilir.