Azərbaycanda kənd təsərrüfyatı təyinatlı torpaqlarla bağlı yeniliklər başlayır.
Azərbaycanda aqrar təyinatlı torpaqlarda tikililərlə bağlı qayda müəyyənləşir
FED.az xəbər verir ki, ölkədə ilk dəfə olaraq təyinatı üzrə istifadə olunmayan torpaqlar barədə məlumatların toplanmasına və arayışların verilməsinə başlanacaq.
Prezident İlham Əliyev «Elektron kənd təsərrüfatı» informasiya sistemi (EKTİS) haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən sistem vasitəsilə təqdim olunan məlumatların sırası genişləndirilib.
Belə ki, əsasnaməyə edilən dəyişikliyə görə, sistemə dincə qoyulması da daxil olmaqla əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarının fiziki şəxslər tərəfindən təyinatı üzrə istifadəsinin müəyyən edilməsi üçün məlumatların toplanılması, onlara dair arayışın formalaşdırılması və aidiyyəti üzrə ötürülməsi həvalə edilib.
Daha bir yenilik təyinatı üzrə istifadə edilən və ya edilməsi mümkün olmayan torpaqlar barədə məlumatlanın toplanmasıdır.
Dəyişikliyə görə, EKTİS-də təyinatı üzrə istifadə edilən və təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə məlumatlar toplanacaq.