FED.az TENDER xəbər verir ki, Qusar Rayon İcra Hakimiyyəti 2019-cu ildə Qusar şəhərində yolların əsaslı təmiri işlərinin yerinə yetirilməsi məqsədilə AÇIQ TENDER ELAN EDİR
Tender 1 (bir) lot üzrə keçirilir.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 220 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qusar şəhəri, H.Əliyev prospekti 134 nömrəli ünvandan (əlaqələndirici şəxs- İskəndərova Nərgiz Əyyub qızı, telefon- (02338- 5-24-98) ala bilərlər.
Təşkilat- Qusar Rayon İcra Hakimiyyəti
VÖEN- 4700037841
Hh-AZ17A11B 32051019444800201148
Qusar YXO
Bank- “Kapital Bank”ın Qusar filialı
Kod- 200480
VÖEN- 9900003611
Mh -AZ37NABZ01350100000000001944
S.W.İ. F.T- AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub- olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (arayışlar tender komissiyasının adına alınmalıdır);
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (forma-1, forma-2);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların gördükləri analoji işlər haqqında məlumat;
- iddiaçılar iş qrafikini təqdim etməlidirlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank zəmanəti istisna olmaqla) iş qrafiklərini 11 mart 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 27 mart 2019-cu il saat 18.00-a qədər Qusar Rayon İcra Hakimiyyətinə (ünvan- Qusar şəhəri, H.Əliyev prospekti 134) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.
İddiaçıların təklifləri 28 mart 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Yolların təmiri üçün – TENDER ELANI
09:58
20 Fev 2019