“Mərkəzi Neftçilər Xəstəxanası”nın tenderi ləğv edilib.
FED.az xəbər verir ki, “Mərkəzi Neftçilər Xəstəxanası” tərəfindən “Uroloji tibbi avadanlıqların və alətlərin satın alınması” üzrə elan olunmuş tender ləğv edilib. Tenderin ehtimal olunan qiyməti 442 min 193 manat idi.
Satınalmanın dayandırılmasına səbəb kimi qanunvericiliyin 36.1.1-ci maddəsinə uyğun olaraq yetərsayın olmaması göstərilib.
Belə ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.