Meliorasiya Və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Samur-Abşeron Kanalının İstismarı İdarəsi “Samur hidroqovşağının aşağı byefində sağ axını istiqamətləndirici bəndin əsaslı təmiri (L=175) işlərinin satın alınması”tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, "AZCD GROUP" MMC şirkəti olub. Şirkətlə 585 min 622 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl “AzerGold” QSC-nin 155 min 760 manat dəyərindəki “Çovdar Filiz Emalı Sahəsində ağır tonnajlı yüklərin və kimyəvi tullantıların teleskopik qaldırıcı vasitəsilə daşınması xidmətinin satın alınması” (03.03.2020) tenderini qazanıb.