Mədəniyyət və İncəsənət Universiteti "Xidməti minik nəqliyyat vasitəsinin satın alınması” üzrə tender elan edir
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır. Müsabiqə fevral ayının 15-də başlayır.Tələb olunan sənədlər martın 9-dək, təkliflər isə martın 17-dək təqdim edilməlidir. Zərflər mart ayının 27-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1300348991
Satınalan təşkilatın ünvanı: İnşaatçılar Pr. 39
Çatdırılma yeri: Bakı şəhəri, Yasamal rayonu ,İnşaatçılar pr. 39
Çatdırılma müddəti: 60 bank günü
Tələblər: Əsas göstəricilər ( Ban növü sedan ,biznes klass, rəng qara, mühərrik benzin və ya hybrid , mühərrik həcmi 2000- 2500 sm3 ,mühərrik gücü 190-210 a/g, eni güzgülərlə birlikdə ən azı 1865 mm, uzunluğu ən azı 4975 mm, təkər bazasının eni 2870 mm, hündürlük ən azı 1445 mm, oturacaqların sayı 5, dəri salon, salon tünd rəng, yanacaq çəninin həcmi minimum 60-65 l, mühərrik: maksimum dönmə (Nm@rpm) 243, sürət yığma 0-100 km/s maksimum 9.1 san, qarışıq yanacaq sərfiyyatı 8.4 l/100 km, arxa və ön əyləclər ventilyasiya olunan disk, mərkəzi multimedia ekranını idarəetmə üçün kompüter mausu kimi sensor, naviqasiya 3D qrafika, LDA sistemi, arxa görüntü kamerası, oturacaqların isidilməsi və ventilyasiyası, ön və arxa park radar, yağış sensoru, mərkəzi qapanma, lyuk, aktiv təhlükəsizlik paketi, inteqrasiya edilmiş 3 rejim eco-normal-sport, kruiz kontrol tam sürət diapazonu, sükan qızdırıcı, təkər R18 və ya R19, istehsal ili minimum 2022-2023-cü il, yürüş 0 km.
Sayı: 1 ədəd