Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti inzibati binanın təmiri üçün podratçı seçimi üçün tenderin qalibini müəyyənləşdirib.
Eləcə də bax: Bakı icra hakimiyyətinin 3 milyon manatlıq tenderini - BU ŞİRKƏT QAZANDI
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, “Tenderin qalibi "İdeal TM" şirkəti olub. Şirkət ilə 497 min 323 manat məbləğində müqavilə imzalanıb”, - tender komissiyasından məlumat verilir.
"İdeal TM" Dövlət Vergi Xidmətinin Landau 16 ünvanındakı inzibati binasında təmir işləri aparacaq