Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (VÖEN: 1400196861) tender elan edib.
Dövlət qurumu mühafizə xidməti alır – TENDER ELANI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində ADNSU-nun və nəzdində fəaliyyət göstərən UFAZ-ın tədris binalarının 2027-ci il üzrə mühafizə xidmətlərinin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 693 min 392 manatdır.
Qeyd edək ki, Universitetin mühafizəsi ilə bağlı “Gesco” ASC ilə ötən ilin əvvəlində 684 min 324 manatlıq, ötən ilin sonunda 628 min 676 manatlıq müqavilələr imzalanıb.
Tenderdə iştirak haqqı 450 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Kamran Hüseynli / Satınalmalar üzrə menecer / [email protected] / +994 12 493 00 22 (1414)














