Yapı Kredi Bank Azərbaycan 24 - 25 noyabr tarixlərində Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda tərəfdaş qismində iştirak edib.
FED.az xəbər verir ki, forum iştirakçılarına Yapı Kredi Bank Azərbaycanın yenilənmiş mobil tətbiqi, yeni məhsulu olan World Plus rəqəmsal debet kartı və xüsusi imtiyazlar təqdim edən Premium World Elite kartı haqqında məlumat verilib. Həmçinin bankın rəqəmsal həlləri və müştərilərinə təqdim etdiyi üstünlüklər tanıdılıb.
Forum çərçivəsində bank sektorunda rəqəmsal transformasiya, süni intellektin tətbiqi, kibertəhlükəsizlik, ödəniş sistemləri və maliyyə texnologiyalarının inkişafı kimi aktual mövzular müzakirə olunub.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.yapikredi.com.az saytından, *0444 Telefon Mərkəzindən və ya bankın “Instagram”, “Facebook”, “LinkedIn”,“Telegram” və “WhatsApp” sosial platformalarındakı rəsmi hesablarından əldə edə bilərsiniz.















