Azərbaycana idxal olunan kərə yağı və digər süd yağlarının orta dəyəri 12,5% azalıb
Kərə yağından sonra duru yağ da bahalaşdı
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 128 milyon 434 min ABŞ dolları dəyərində 21 min 318 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu məhsulların idxalı fiziki həcm ifadəsində 191 ton və ya 0,9%, dəyər ifadəsində isə 19 milyon 708 min dollar və ya 13,3% azalıb.
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 148 milyon 141 min dollar dəyərində 21 min 509 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.
İDXAL OLUNAN MƏHSULLARIN ORTA DƏYƏRİ AŞAĞI DÜŞÜB
Hesablamalara görə, 2025-ci ilin ilk 10 ayında idxal olunan kərə yağı və süddən hazırlanmış digər yağların bir tonunun orta statistik dəyəri 6 min 887 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 6 min 25 dollara düşüb. Beləliklə, idxal olunan məhsulların orta statistik vahid dəyəri 12,5% azalıb.
Manat ifadəsində idxal olunan bu məhsulların bir kiloqramının orta statistik dəyəri 11,71 manatdan 10,24 manata düşüb.
İdxalın fiziki həcmində cüzi azalmanın qeydə alınmasına baxmayaraq, ümumi idxal dəyərinin əhəmiyyətli dərəcədə aşağı düşməsi əsasən orta statistik vahid dəyərinin azalması ilə əlaqədar olub.
Cari ilin ilk 10 ayında Azərbaycanın kərə yağı və süddən hazırlanmış digər yağların idxalının ümumi statistik dəyəri 218 milyon 337 min manat təşkil edib.














