2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 387 milyon 482 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.
Məhsulunu xaricə satanlara kompensasiya veriləcək - YENİ QƏRAR
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın geyim əşyaları və geyim üçün ləvazimatların idxalının dəyəri 9 milyon 774 min dollar və ya 2,5% azalıb. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 397 milyon 256 min dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilmişdi.
GEYİM İDXALININ DƏYƏRİ 16,6 MİLYON MANAT AZALIB
2026-cı ilin ilk 10 ayında Azərbaycanın geyim əşyaları və geyim üçün ləvazimatların idxalının ümumi statistik dəyəri manat ifadəsində 658 milyon 720 min manat təşkil edib.
Ötən ilin eyni dövründə bu göstərici 675 milyon 336 min manat olmuşdu.
Beləliklə, geyim əşyaları və geyim üçün ləvazimatların idxalının dəyəri manat ifadəsində 16 milyon 616 min manat azalıb.
ÜMUMİ İDXALDA GEYİM MƏHSULLARININ PAYI ARTIB
2026-cı ilin ilk 10 ayında Azərbaycanın ümumi idxalının dəyəri 20,6%, geyim əşyaları və geyim üçün ləvazimatların idxalının dəyəri isə 2,5% azalıb.
Geyim məhsullarının idxalının ümumi idxalla müqayisədə daha aşağı templə azalması nəticəsində bu məhsulların Azərbaycanın ümumi idxalında xüsusi çəkisi 2,07%-dən 2,54%-ə yüksəlib.













