«Black Friday» (Qara Cümə) artıq Azərbaycanda da geniş yayılmış alış-veriş kampaniyalarından birinə çevrilib. Mağazalar müxtəlif məhsullara endirimlər təqdim etməklə yanaşı, banklar da müştəriləri üçün xüsusi kampaniyalar hazırlayırlar. Belə ki, banklar «Black Friday» çərçivəsində müxtəlif bonuslar və digər güzəştlər təklif edirlər.
Rabitəbankdan möhtəşəm “Green Friday” fürsəti 5 gün alış-veriş - 18 ay komissiyasız taksit
FED.az biznes və maliyyə xəbərləri portalı bankların «Black Friday» də təklif etdiyi kampaniya şərtlərini araşdırıb. Kampaniyalar haqqında daha ətraflı;
«ABB Bank»
«Mavi Cümə: 7 500 “Xoşgəldin” mili və millərlə alınan aviabiletlərə 35% endirim»
25–29 noyabr 2026-cı il tarixlərində 150 AZN-lik ABB-AZAL Miles kartı əldə edənlər 2 000 əvəzinə 7 500 “Xoşgəldin” mili qazanacaqlar. Millər gözləmə müddəti olmadan gün ərzində hesaba köçürüləcək.
Bundan əlavə, 25–30 noyabr tarixlərində AZAL mobil tətbiqində BLUEFRIDAY promokodu ilə millərdən istifadə edərək aviabiletləri 35% endirimlə almaq mümkündür. Kampaniya mövcud və yeni kart sahiblərinə şamil olunur. Endirim müəyyən uçuş tarixlərinə, çarter və tranzit reyslərə aid deyil.
«Black Friday-ə özəl «Taksit sayı qədər keşbek qazanın» kampaniyası»
25 noyabr saat 12:00-dan 2 dekabr 2026-cı il tarixinədək TamKart və TamKart Max sahibləri partnyor mağazalarda taksit əməliyyatları zamanı 2–24 AZN keşbek qazana biləcəklər.
Keşbek məbləği alışın dəyərinə və taksit müddətinə uyğun olaraq 2–24 AZN arasında dəyişir. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.
Keşbek dərhal ABB mobile tətbiqindəki “Faydalı keşbek” balansına köçürüləcək. Kampaniyada yalnız partnyor mağazalardakı taksit əməliyyatları nəzərə alınır. Birdəfəlik ödənişlər və “Sonradan taksitə böl” əməliyyatları kampaniyaya daxil deyil.
«Kapital Bank»
«Birbank Taksit kartınla "Möhtəşəm Cümə" endirimləri»
“Möhtəşəm Cümə” kampaniyası çərçivəsində Birbank Taksit kartı sahibləri partnyor mağazalarda 80%-dək endirimlərdən və 24 ayadək faizsiz taksit imkanından yararlana bilərlər.
Elektronika, geyim, mebel və məişət texnikasını ilkin ödənişsiz, faizsiz və komissiyasız əldə etmək mümkündür. Kampaniyada iştirak edən partnyorlarla buradan tanış olmaq olar.
«PAŞA Bank»
«PAŞA Bankdan kiçik və orta biznes sahibləri üçün “Black Friday” endirimləri»
PAŞA Bank “Black Friday” kampaniyası çərçivəsində kiçik və orta biznes sahiblərinə onlayn biznes kreditləri və bank xidmətlərində güzəştlər təqdim edir.
26–30 noyabr tarixlərində onlayn biznes kreditlərinə komissiya xərclərində 25% endirim tətbiq olunacaq, illik faiz dərəcəsi isə 16,5% təşkil edəcək. Hesab açılması və ilk ölkədaxili ödəniş də ödənişsiz olacaq.
Bundan əlavə, “Linklə ödəniş” xidmətində mövcud müştərilərə 50%-dək, yeni müştərilərə isə 10% endirim təklif edilir. Əməkhaqqı layihəsinə yeni qoşulan bizneslər 5 əməkhaqqı kartını pulsuz əldə edə biləcəklər.
«Black Friday-də Miles&Smiles PAŞA Bank kartlarına 50% endirim»
9–29 noyabr tarixlərində “Black Friday” kampaniyası çərçivəsində “Miles&Smiles PASHA Bank” kartlarını 50% endirimlə əldə etmək mümkündür.
Kampaniya müddətində 3 illik istifadə üçün kartların qiymətləri belə olacaq:
“Black” – 135 AZN (əvvəlki qiymət 270 AZN)
“Signature” – 135 AZN (əvvəlki qiymət 270 AZN)
“Platinum” – 60 AZN (əvvəlki qiymət 120 AZN)
Kart sahibləri gündəlik alış-verişlərindən mil toplayaraq onları aviabilet əldə etmək üçün istifadə edə bilərlər.
«Xalq Bank»
«XalqKart “Qara Cümə” alış-verişlərində 5 % keşbek və bonus»
23–30 noyabr 2026-cı il tarixlərində XalqKart sahibləri geyim, elektronika, aviabilet və turizm, parfümeriya və kosmetika alışlarına görə 5% keşbek və ya Oil bonusu qazana biləcəklər.
Bundan əlavə, 30 dekabradək XalqKart Cashback və XalqKart Petrol kartlarını pulsuz və ilkin mədaxil olmadan əldə etmək mümkündür.
Kart sahiblərinə AZN qalığına illik 7% gəlir, ölkədaxili kartlara aylıq 3 000 AZN-dək komissiyasız köçürmə və 1 000 AZN-dək komissiyasız nağdlaşdırma imkanı da təqdim olunur.
«Azər-Türk Bank»
«Azər Türk Bank “atb friday” kampaniyası»
Azər Türk Bank noyabrın 23-dən “atb friday” kampaniyasına başlayıb. Kampaniya çərçivəsində bankda aktiv krediti olmayan fiziki şəxslərə 80 000 AZN-dək komissiyasız istehlak kreditləri təklif olunur.
Kreditlər üzrə illik faiz dərəcəsi 12 ayadək müddətə 9,9%, 3 illik kreditlərdə 12,9%-dən, 4 illik kreditlərdə isə 13,9%-dən başlayır. Kreditlər 59 ayadək müddətə rəsmiləşdirilir. Kampaniya 30 noyabr 2026-cı il tarixinədək davam edəcək.
«Yelo Bank»
«Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış»
Yelo Invest 23–27 noyabr tarixlərində “Parlaq İnvestisiya Həftəsi” kampaniyası çərçivəsində səhm və ETF alışlarını komissiyasız təqdim edir.
Kampaniya 1 oktyabr 2026-cı ildən etibarən həyata keçirilən yeni alışlara şamil olunur. Müştərilər Yelo App vasitəsilə yerli və beynəlxalq bazarlara çıxış əldə edərək investisiya edə bilərlər. Yelo Invest-də qeydiyyat da ödənişsizdir.
Xidmət Yelo Bank və “Unicapital İnvestisiya Şirkəti” ASC-nin tərəfdaşlığı ilə təqdim olunur. Ətraflı: https://ylb.az/invest
«Rabitəbank»
«Green Friday Fürsəti»
26–30 noyabr 2026-cı il tarixlərində keçiriləcək “Green Friday” kampaniyası çərçivəsində müştərilər alış-verişlərini komissiyasız taksitə bölə biləcəklər.
Kampaniya şərtlərinə əsasən, 1 000 AZN/USD/EUR-dək məbləğlər 12 ayadək, 1 000 AZN/USD/EUR və daha yüksək məbləğlər isə 18 ayadək komissiyasız taksitləşdirilə bilər.
12 aydan artıq müddətə komissiyasız taksit üçün müştəri limiti 20 000 AZN təşkil edir.
«Yapı Kredi Azərbaycan»
«Black Friday-də 2 qat keşbek fürsəti»
27–28 noyabr tarixlərində geyim, elektronika və kosmetika mağazalarında alış-veriş edərək debet kartlarla 6%, kredit kartları ilə isə 10% keşbek qazanmaq mümkündür.
«Expressbank»
«Extra Friday kampaniyası»
Expressbank “Extra Friday” kampaniyası çərçivəsində müştərilərə illik minimum 8,5% faizlə 100 000 AZN-dək istehlak krediti təklif edir.
Kredit 59 ayadək müddətə verilir. Təklifin əsas üstünlüyü isə kredit məbləğinin müştərinin maaşından asılı olmamasıdır. Kampaniya şərtləri “Extra paket” faiz səbətinə şamil olunur.















