Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür.
İlham Əliyev ilk dəfə açıqladı: «Zəngəzur dəhlizindən neft-qaz kəmərləri də keçə bilər»
FED.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Naxçıvanda keçirilən Gələcəyin Peşələri Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, TRIPP layihəsi artıq Ermənistan parlamentində müzakirə olunub və ölkədə bu istiqamətdə avtomobil yolunun çəkilməsi ilə bağlı işlərə başlanılıb:
"Azərbaycanda isə Zəngəzur dəhlizinin ölkə ərazisindən keçən hissəsində işlər yekunlaşmaq üzrədir. Avtomobil yolu artıq tamamlanıb, dəmir yolu ilə bağlı işlərin isə 2027-ci ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulur".
V.Bayramov qeyd edib ki, görülən işlərin hazırkı vəziyyəti dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilə biləcəyini söyləməyə əsas yaradır:
"Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən nəqliyyat marşrutu deyil, həm də regionun iqtisadi inkişafına mühüm töhfə verəcək strateji layihədir. Dəhliz Türk dünyasını quru yolu ilə birləşdirməklə yanaşı, Orta dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inteqrasiyasına da imkan verəcək". (Report)













