Dövlət Turizm Agentliyi Neftçi Qurban küçəsi 132 nömrəli ünvanda yerləşən kulinariya mərkəzinin təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması ilə əlaqədar dərc edilmiş elektron açıq tenderin qalibini elan edib.
FED.az xəbər verir ki, bu «MS Pro Group» MMC olub.
Həmin şirkətlə 2021-ci il yanvarın 26-da müvafiq satınalma müqaviləsi bağlanılıb.