“Azərbayc“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti tabeliyindəki idarələrə tələb olunan santexnika mallarının satın alınması məqsədilə müsabiqə elan edir.
Eləcə də bax: Təhsil Nazirliyinin idarəsinin 2 milyon manatlıq tenderinin qalibi - AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2022-ci il sentyabrın 15-i saat 17.00-dəkdir.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Ünvan – Bakı şəhəri, Mikayıl Useynov küçəsi 2.Əlaqə telefonu – (012) 404-37-00, daxili – 1263