İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMC məlumat saxlama qurğusu, modul və lisenziyaların satın alınması, quraşdırılması və sazlanması ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.
Daha bir «tender çempionu» tapıldı: «Polimart» MMC hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 5,118 milyon manatlıq tenderin qalibi “Caspel” QSC-dir.
Xatırladaq ki, "Caspel" QSC bundan əvvəl Azərbaycan İnvestisiya Şirkəti QSC-nin ofis texnikasının və kompyuterlərin alınması, serverlərə və ip telefonlara texniki dəstəyin göstərilməsi üzrə 45 282 manatlıq tenderini qazanıb (08.08.2022).