Təhsil Tələbə Krediti Fondu “Təhsil Tələbə Krediti Fondunun maliyyə hesabatlarının Beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “HLB Azərbaycan” MMC olub. Şirkətlə 17 min 570 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Dövlət Sosial Müdafiə Fondunun 160 min manat dəyərindəki “Dövlət Sosial Müdafiə Fondunun (qurumları) aparat və struktur bölmələrində 2020-ci il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq standartlarına uyğun hazırlanmış Maliyyə Hesabatlarının auditinin keçirilməsi xidmətinin satınalınması” (16.05.2021) tenderini qazanıb.